

E-mail: turkdunyasi.az@mail.ru
Qazaxda “Narkomaniya – ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir keçirilib

Qazaxda “Narkomaniya – ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində “Narkomaniya – ümumbəşəri bəladır!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, tədbirdə məktəbin şagird və müəllim kollektivi, Rayon Prokurorluğunun və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qazax RPŞ-nin rəisi, polis polkovniki Sənan Əsədov narkomaniyaya qarşı mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifə olduğunu qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam və məqsədyönlü həyata üstünlük verməyə çağırıb.
Daha sonra çıxış edən rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev narkotik vasitələrin insan həyatı, ailə münasibətləri və cəmiyyət üçün doğurduğu ağır nəticələrdən danışıb. O, xüsusilə yeniyetmələrin düzgün istiqamətləndirilməsinin, valideyn nəzarətinin və maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.















