30 
okt
2025
10:17
153

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN: Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

30 okt, 2025
10:17
7153

Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Turkdunyasi.az-a  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın