24 
noy
2025
17:06
49

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Polis Sumqayıtda 28 kq narkotik vasitənin satışının qarşısını aldı

24 noy, 2025
17:06
649

Polis Sumqayıtda 28 kq narkotik vasitənin satışının qarşısını aldı
 
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar. 

Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.  Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.

Bizimlə əlaqə saxlayın