E-mail: [email protected]
Bakıda səfirlik əməkdaşı qəzaya düşdü
Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.
Turkdunyasi.az "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y. Taner xəstəxanaya yerləşdirilib.
Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu deyilir.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
"Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır", - E.Hidayətoğlu qeyd edib.