28 
yan
2026
23:07
102

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda Ağciyər Xəstəlikləri Mərkəzində təlim keçirilib-Foto

28 yan, 2026
23:07
8102

Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının əməkdaşları üçün təlim keçirilib

“Ugur Gənclər Təşkilatının” təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının tibb işçiləri üçün “İş mühitində stressin idarə olunması” mövzusunda təlim keçirilib.

Turkdunyasi.az xəbər verir ki, təşkilatın əməkdaşları - İnqilab Şirinli, Rafil Əşrəfli və Günel Əliqızının təqdimatında baş tutan və 2 gün davam edən təlimdə iş münasibətlərində stressin idarə olunması, zərərli vərdişlərin tibbi personal və pasiyentlər arasında yayılmasının qarşısının alınması, tibbi personal arasında konfliktlərin həllində stressin idarə olunmasının rolu, aqressiv xəstələrlə düzgün rəftar olunması ilə bağlı mövzular müzakirə olunub. 

İnteraktiv formada davam edən təlimdə müxtəlif məşğələlər aparılıb. Sonda xatirə fotosu çəkilib.

Bizimlə əlaqə saxlayın