21 
apr
2026
00:20
59

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İsmayıllıda "Aysu şadlıq sarayı" illərdir ki, qanunsuz fəaliyyət göstərirmiş.

21 apr, 2026
00:20
759

İsmayıllıda "Aysu şadlıq sarayının" qanunsuz fəaliyyət göstərməsini icra hakimiyyəti təsdiqlədi.

Bir neçə gün əvvəl əksər KİV-vasitələrində və sosial şəbəkələrdə adı çəkilən şadlıq sarayının heç bir rəsmi sənədlərinin olmaması barədə məlumat yayılmışdır və qeyd olunmuşdur ki, İsmayıllıda fəaliyyət göstərən "Aysu" şadlıq sarayı 50.000 manat rüşvət müqabilində ərsəyə gəlib və tikinti həyata keçirilən zaman heç qanuni prosedur qaydaları həyata keçirilməyib. Axı necə ola bilər ki, bir rayonda dəbdəbəli şadlıq sarayı tikilir və bunu aidiyyəti qurumlar görmür? Əlbəttə ki, heç şübhəsiz aidiyyəti qurumların bu tikintidən xəbəri vardır. Ancaq nədənsə sənədsiz və icazəsiz tikintiyə qarşılıqlı öhdəliklər nəticəsində şərait yaradılıb. Bu zaman meydana belə sual çıxır. Bəs maraqlıdır Şəhərsalma və arxitektura komitəsinin bu göz qamaşdıran tikintidən xəbəri yoxdur? Yoxdursa çox pis deməli həmin qurum yerində deyil. Yox əgər xəbəri varsa deməli, onlar da rüşvət alıb qanunsuz tikintiyə icazə veriblər. Bundan başqa FHN-nin tikintidə təhlükəsizliyə nəzarət idarəsinindəmi xəbəri yoxdur? Yoxdursa deməli həmin qurum vəzifəsinin öhdəsindən gələ bilmir. Yox əgər varsa deməli, onlar da rüşvət alıblar və bu qanunsuzluğa şərikdirlər. O cümlədən FHN-nin baş yanğına nəzarət idarəsidə bu tikintidən xəbərsizdir? Yox əgər xəbərdardırsa deməli, onlar da rüşvət alıblar. Heç şübhəsiz ki, bir rayonda dəbdəbəli şadlıq sarayı tikəsən adları çəkilən qurumların xəbəri olmayan. Bu çox biabırçı haldır. Bu halın varlı bir daha adları çəkilən qurumların bu qanunsuz tikintiyə qarşılıqlı öhdəliklər nəticəsində göz yummalarını sübut edir. Əsas məsələ odur ki, 
qeyd olunan yazı və video rolik işıq üzü gördükdən dərhal sonra rayonda vəziyyət gərginləşdi və "Aysu" şadlıq sarayının müdiri Ağakərim Dəmirov sözün əsl mənasında əl ayağa düşdü. Rayon rəhbərliyi isə bu informasiyanın medyaya sızmasından bərk əndişəyə düşdü.
Biz başa düşürük onsuzda bunlara xeyri yoxdur bütün rayonlarda rüşvətxorluq artan xətt üzrə inkişaf edir. Ancaq sözümüz Fövqəladə hallar nazirliyi və şəxsən nazir Kəmaləddin Heydərov cənablarınadır.
Cənab nazir!
Bəs siz hər zaman qanunsuz işlərlə bağlı mübarizə aparmağınızdan danışırsınız? Bəs indi nə oldu? Niyə FHN-nin tikintidə təhlükəsizliyə nəzarət idarəsinin səsi çıxmır?  Niyə görə qanunsuz işləyən və heç bir sənədi olmadan fəaliyyət göstərən obyektin fəaliyyəti dayandırılmır? Ümumiyyətlə, bu obyektin və sahibinin arxasında kim dayanır? Niyə kasıblara daş üstə daş qoymağa icazə verməyən dövlət qurumları indi "Aysu" şadlıq sarayının qarşısında lal dinməz qalıblar? Bax rüşvət belə şeydir və adamın dilini qısa edir. Yox əgər ortalıqda rüşvət yoxdursa onda bu obyektin fəaliyyəti dərhal dayandırılmalıydı. Ancaq təəssüf ki, "Aysu şadlıq sarayı" nın fəaliyyəti dayandırılmadı. Çox biabırçı hal bundan ibarətdir ki, 15.04.2026 cı il tarixdə İsmayıllı Rayon icra Hakimiyyəti öz rəsmi Facebook səhifəsində "Aysu şadlıq sarayının" 2023 2024 cu ildən etibarən qanunsuz fəaliyyət göstərməsini təsdiqləyib. İndi isə növbə bu möhtəşəm sadlıq sarayının tikintisinə göz yuman qurumların qanun qarşısında cavab vermələridir. Ümid edirik ki, qanunsuz fəaliyyət göstərən şadlıq sarayının qanunsuz və icazəsiz tikintisinə eyni zamanda əaliyyətinə bilərəkdən göz yuman şəxslər məsuliyyətə cəlb olunacaqlar.

İsmayıllı rayon icra hakimiyyətinin rəsmi açıqlamasını təqdim edirik.

İsmayıllı şəhərinin Ərəstun Mahmudov küçəsinin şimalında vətəndaş Ağakərim Dəmirova məxsus "Aysu" şadlıq sarayının ərazisində aparılan tikinti quraşdırma işlərinin qanunsuz olduğunu əsas gətirərək müvafiq araşdırma aparılması barədə sosial şəbəkələrdə yayılan xəbərlər İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılmışdır.


Bildiririk ki, sözügedən ünvanda 2023-2024-cü ildə aşkarlanan tikinti quraşdırma İşləri ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin mütəxəssisləri ərazidə olmuş, vətəndaşa qanunvericiliyin tələbləri izah edilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli, 375 nömrəli "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərmanının 4.3-cü bəndinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 3.11.5-ci maddəsinə əsasən 2024-cü ilin yanvar ayında rəsmi bildiriş təqdim edilmiş, müvafiq tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məktub göndərilmiş, eyni zamanda İsmayıllı Rayon Polis Şöbəsinə rəsmi məlumat verilmişdir. Aidiyyəti dövlət orqanlarının nümayəndələri tərəfindən sözügedən əraziyə baxış keçirilərək obyektin sahibi Ağakərim Dəmirov səndələşmə işlərinə cəlb edilmişdir.


Hazırda həmin obyektin sənədləşdirlməsi davam edir.

Bizimlə əlaqə saxlayın