apr
2022
16:18
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəki 7 saylı Regional Ekologiya İdarəsinin rəisi Namiq Yusifovun cinayətkar əməlləri/VİDEO

8 apr, 2022
16:18
1085



Artıq bir neçə ildir ki, ölkəmizdə "ekoloji soyqırımlar"ı xəbər portallarımızda işıqlandırırıq, amma buna baxmayaraq bununla bağlı hər hansı bir tədbir görülmür. Bir neçə ay öncə Qax və Şəki bölgələrində olan qanunsuz işləyən sexləri çəkib ışığlandırmışdıq, amma buna baxmayaraq bununla bağlı hər hansı bir tədbir görülmədi və həmin sexlər hazırda əvvəl ki, qayda da fəaliyyət göstərməkdədir.
7 saylı Regional Ekologiya işçiləri cinayət xarakterli işləri nəyinsə müqabilində, bir xırda cərimə yazaraq ınzıbatı xətailə ilə yola verirlər. Artıq biz bunun Cənub Regional Ekologiya İdarəsində də şahidi olmuşuq. Redaksiyamıza daxil olan çoxsaylı məlumatlara görə, bu "mafiya"nın başında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun olduğu deyilir.
7 saylı Regional Ekologiya İdarəsini rəisi Namiq Yusifov Vüqar müəllimin yaxın dostudur , elə onu bu posta Vüqar müəllimin özü qoydurub və Namiqin əli ilə şimal ekologiyasın məhv etdirir.
Biz bilirik ki, cənab Muxtar Babayevin bundan xəbəri yoxdur və ətrafı onun sadəlövhlüyündən istifadə edir.
Qax rayonun Qarameşə kəndində Faiqin sexi ,
Güllü kındində Hafizin , Uzuntala kəndində Seyfulla və Əlibəyli kəndində də bir neçə meşə materialı ilə işləyən sexlər fəaliyyət göstərir. Yuxarı da adlara çəkilən sexlərdən başqa şimal bölgəsində bir neçə sex də fəaliyyət göstərir.
Əməkdaşlarımız Qaxda bir sexdə olublar, həmin sexin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyiblər , sonra 7 saylı Regional Ekologiya Idarəsinin Hikmət adlı əməkdaşı gəlib.

"Sözügedən sexin qapısı bağlı olsa da, çöldən açıq-aşkar görünürdü ki, içəri materiallar vardır. Biz Hikmət müəllimdən Sözü gedən materiallara barədə soruşduqda , o isə bizə bildirdi ki, guya bunlar, bu materialları biletlə alıblar. Halbu ki, biletlə meşədən oduncaq və işlik material satışı dekabr ayının sonu dayandırılır"-deyə əməkdaşımız bildirir.

Əməkdaşlarımız çəkiliş zamanı Qax ərazisində , ekologiyanın mühafizə etdiyi ərazidə qoyun-quzu sürüsüsün otladığı və zibil tullantılarının şahıdı olublar.

Qarşı tərəfi dinləməyə hazırıq.

Bizimlə əlaqə saxlayın