31 
avq
2022
00:22
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Zaqatalada yüksək dağlıq ərazidə yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

31 avq, 2022
00:22
1255

Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin çətin relyefli yüksək dağlıq meşəlik ərazidə başlayan yanğın axşam saatlarında məhdudlaşdırılıb.
Yanğın ümumilikdə 10 hektar ərazini əhatə edib. Ərazidə kol-kos, quru ot, xəzəl, qurumuş ağac və kötükləri yanıb. Hazırda ərazidə yanğının tam söndürülməsi, soyutma və kəşfiyyat işləri aparılır.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
16:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətinin məlumatında qeyd edilib.
Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
14:18
Zaqatalada dağlıq ərazidə yanğın başlayıb.
“Report”un məlumatına görə, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.
Hazırda yanğın davam edir.

Bizimlə əlaqə saxlayın