29 
iyl
2024
13:06
76

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?

29 iyl, 2024
13:06
276

Rayonlara aramsız yağan yağışlar kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyib.
 
Turkdunyasi.az xəbər verir ki, pomidor, xiyar, bibər, lobya və digər məhsulların qiyməti iki dəfə bahalaşıb. 

Kilosu 0,7-1 manata satılan xiyar 1,50-2 manat, kilosi 1,5-2 manata satılan pomidor isə alıcılara 3-5 manat arasında təklif olunur. 


Lobya əvvəllər 4 manat 50 qəpiyə satılırdısa, indi marketlər şəbəkəsində 5 manatdan bahadır.

Satıcılar bahalaşmanın səbəbini yağışlı hava şəraiti ilə əlaqələndirir. Onlar bildirib ki, belə hava şəraitində əkin sahələrinə girmək olmur. Bu səbəbdən də əldə olunan məhsulu baha qiymətə satmağa məcbur oluruq.

Bizimlə əlaqə saxlayın