noy
2024
13:38
27

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Yalan ayaq tutar amma yeriməz"

7 noy, 2024
13:38
627

Hörmətli oxucularımız xatırladaq ki, ötən gün "Youtub kanalında "Cəlilabad meşələri təhlükə altında" başlıqlı video sujet yayılmışdır.

Bizdə həmin məlumatın doğru olub olmadığını öyrənmək üçün əməkdaşımızı Cəlilabad Rayonuna yəni sözü gedən Göytəpə Meşəbəyliyinin 12 saylı meşə dolayına ezam etdik. Ərazidə olan əməkdaşımız bütün olanları öz gözləri ilə görüb. Əməkdaşımızın həmin ərazidə apardığı araşdırmanı sizlərə təqdim edirik. Sən demə həmin ərazidə foto çəkən şəxs qərəzli şəkildə çəkiliş aparıb. Belə ki, həmin şəxs ərazidə foto çəkiliş aparan zaman kəsilmiş  ağacların nömrə və damğalarını məqsədli şəkildə çəkməyib eləcə də həmin ağacların sanitar qırma üçün ayrılmasınıda qeyd etməyib, o cümlədən kəsilmiş həmin ağacları sağlam kimi təqdim edib,  bilərəkdən mətbuata yalnş məlumat ötürüb. O bununla məqsədli şəkildə11 saylı  Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə üzrə direktor müavini  Rahib Ağayevin işgüzar nüfuzuna xələl gətirməyə çalışıb. Ancaq görünür unudub ki, yalan ayaq tutar amma yeriməz. Düzdü ittiham etmək nə qədər asan olsada sübut etmək bir o qədərdə çətindir. Bir sözlə qeyd edək  ki, Cəlilabad Rayon Göytəpə meşəbəyliyində aparılan foto çəkilişlər həqiqəti əks etdirmir və şər böhtandan başqa bir şey deyil. Odur ki, həmkarlarımızdan xahiş edirik ki, əldə olunmuş informasiyanı yayımlamamışdan öncə məlumatı dəqiqləşdirib həqiqiliyinə tam əmin olduqdan sonra yayımlasınlar.

Bizimlə əlaqə saxlayın