may
2022
15:54
111

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah külək güclənəcək, şimşək çaxacaq - PROQNOZ

3 may, 2022
15:54
9111

Mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-20° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Bizimlə əlaqə saxlayın