14 
may
2022
13:16
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah 31 dərəcə isti olacaq

14 may, 2022
13:16
1275

Bakıda və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15, gündüz 20-25 dərəcə isti olacaq. Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 26-31, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın