23 
mar
2022
15:51
104

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Füzulidə 26 yaşlı sürücü yük maşını ilə minaya düşüb - YENİLƏNİB

23 mar, 2022
15:51
104

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.
Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
13:36
Füzulidə mülki şəxs minaya düşüb.
“Report”un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.
Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın