iyn
2022
12:40
92

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah güclü külək əsəcək - HAVA PROQNOZU

6 iyn, 2022
12:40
1292

İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yagmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında
Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Bizimlə əlaqə saxlayın