11 
iyn
2022
12:43
100

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bazar gününə olan HAVA PROQNOZU

11 iyn, 2022
12:43
16100

İyunun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın