13 
iyn
2022
10:27
156

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkir səhiyyəsində BAZAR AÇIBLAR - İTTİHAM VAR!

13 iyn, 2022
10:27
24156

Şəmkir Səhiyyəsinin qara günləri 12 iyul 2021-ci ildən başladı. Ona görə ki həmin gün Emin İsmayılov Mərkəzi Xəstəxana direktor təyin edildi. Dövlətimizin başçısı möhətərm Prezident cənab İlham Əliyev qeyd edib ki, ölkəmizdə heç kim toxunulmaz deyil məmurlar xalqın xidmətçiləridir.

Çox təssüf ki, cənab Prezidentin tövsiyyələrinə Şəmkir rayon Mərkəzi Xəstəxanasında məhəl qoyan yoxdur. Dəyərli oxucular Sizin nəzərinizə çatdırdığım faktlar yoxlanmış və araşdırılmışdır.

1. İcbari tibbi sığorta tətbiq olunduğuna baxmayaraq indiyə kimi heç bir həkimə bonus və maaşlarına əlavələr olmayıb və bu işin təşkili yox dərəcəsindədir. Hətta yoxlama üçün gələn TƏBİB nümayəndələri keçirdiyi iclasda bunları ciddi şəkildə irad tutublar.

2. COVİD-e görə ayrılan əlavə pullar rayon və şəhərlərdə vaxtında verilməsinə baxmaaraq Şəmkirdə vaxtında verilmir və aylarla uzanır veriləndə isə tibb heyətinin narazılığına səbəb olur. Çünki eyni iş saatını bölüşən və eyni işi görüb eyni maaşı olan həkim və tibb işçilərinə yazılan əlavələr fərqli olur.

3. Müalicə işinin təşkili pis vəziyyətdədir. Xəstələrin yanına yemək bir neçə azn müqabilində çöldən içəri götürülür. İcbari tibbi sığorta sistemində olmasına baxmayaraq xəstələrdən yenədə əvvəlki kimi pul alınır və açıq şəkildə qiymət deyilir. İstər müalicə işi istər müayinə işi istərsə də analiz işi olsun fərq etmir.

4. Həftənin 6-cı günləri baş həkim və direktor işə gəlmirlər. Sənədlə bağlı müraciət edənlərin sənədləri həftənin 1-ci gününə qalır. Müraciət edən kimi olasada müraciətə baxılmır. Bununla bağlı dəfələrlə narazılq və davalar olasada heç bir dəyişiklik yoxdur. Həftənin 1-ci günü gəlin deyirlər.

5. Şəkər xəstələri və digər xəstələr aylıq dərmanlarını vaxtında ala bilmirlər. Veriləndə isə süründürməçiliklə üzləşirlər.

6. Kür qəsəbəsində yerləşən xəstəxanaya Covid-19-la mübarizə üçün uyğun oldu ya olmadı istədiyi adamların pul müqabilində ora yazır və hər ay onlardan baş həkimə pul çatır. Adları yazılanların bir çoxları isə evdə qalır və baş həkimə pul verirlər. Hətta öz adını, həyat yoldaşının adını və qohumlarının adlarını həm səhiyyədə həm də Covid-19-la mübarizə üçün yazdırıb işə getmirlər və pul alırlar.

7. Baş həkim Əliyev Elçinin həyat yoldaşı orta məktəb müəlliməsi olmasına baxmayaraq adı xəstəxana işçisi kimi yazıldı, 7 il işə gəlmədi və ona maaş yazıldı. İndi də adı həm xəstəxananın kadrlar şöbəsində baş İnspektor kimi həm də covidlə mübarizədə işçi kimi gedir. Çox guman ki, onu da kadrlar şöbəsinə müdir kimi təyin edəcək.

8. Özü kimi hərbi xidmətdən yayınan qardaşı gənc stomatoloq Vüqar Əliyevə mərkəzi xəstəxanada komfortlu və içində də bütün lazımi avadanlıq olan stomatoloji kabinet verib. Halbuki səhiyyədə illərlə xidməti olan heç bir həkimə belə şəraitin 50 faizi yaradılmayıb.

9. Şöbə müdirləri ilə danışıb işçilərin adlarını covidle mübarizəyə yazır, şöbələrdə isə davamiyyəti pozaraq covidlə mübarizəyə yazdığı tibb baciları və xadimələrlə maaşları yarıya bölür.

10. Covidlə mübarizə üçün verilən dərman paketlərin içində olan bahalı dərmanlar çıxarılır həmçinin digər dərman və ərzaq məhsulları gizli yollarla apteklərdə satışa verilir. Covidlə mübarizə üçün boş yer saxlayıb imkanı olan xəstələrə verilir. O cümldən bacarıqlı həkimləri oradan uzaqlaşdırıb özünün qrupuna daxil olan həkimlərə üstünlük verilir və şərait yaradılır. Həmin həkimlər də covid xəstələrini yaxşı pul müqabilində evlərdə müalicə etmək üçün xəstəxanada yer olmadığını deyirlər və guya onlara dərman verildi və beləcə yeyintilərə yol verirlər.

11. Kür qəsəbə xəstəxana rəhbərliyi covidlə mübarizə üçün heç bir qərar verə bilməz və bütün bu işlərlə bağlı hər addımı baş həkim özü edir. Elçin həkimin icazəsi olmadan Şəmkir səhiyyəsindən heç kim hətta direktor Emin həkim belə sərbəst qərar verə bilməz və heç bir addım ata bilməz.

12. Acil və qəbul şöbələrində gecə növbəsində nə kardioloq, nə travmatoloq nə də digər xəstələr gəlsə lazımi həkimləri evlərindən çağırıb gətirmək lazımdır. Bütün bunlardan isə həm şöbə həm də xəstəxana rəhbərliyi məlumatlıdır.

13. Baş həkimin əlaqə qurduğu müəyyən adamlar vasitəsilə dövlət tərəfindən verilmiş invertar satılır və bu işdə təcili yardım maşınından istifadə edilir. Həmçinin dövlətin verdiyi tibbi cihazlar, aparatlar, laboratoriya avadanlıqları və digər məhsullar özəl kliniklara verilir icarəyə edir və orda istifadə olunur.

14. Keçmiş rüşvətxor məmur Alimpaşa Məmmədovun Şəmkir səhiyyəsində yaratdığı “Gənc Həkimlər Birliyi” adı altında bir neçə həkim birləşdirərək qruplaşma yaratdılar və bu qrup sırf Alimpaşanın təyinatı ilə məşğul oldu və Şəmkir səhiyyəsinə yox birbaşa ona xidmət etdilər. Xidmət göstərməyən isə qrupdan uzaqlaşdırıldı. Alimpaşa Məmmədov isə bunun əvəzində uyğun oldu və olmadı səhiyyə idarələrinə rəhbərləri yalnız bu qrupdan təyin etdi.

Hazırda isə bu qrupa məhz baş həkim Elçin Əliyev rəhbərlik edir. Rəhbər təyin olunanlar isə Alimpaşa yolu ilə baş həkimin tapşırığına əsasən rüşvətxorluqla və saxtakarlıqla məşğulldurlar. Çünki baş həkim bunlara arxa durur və Alimpaşa Məmmədovun köhnə adamları ilə əlaqəli işləyirlər. Baş həkim lazım gəlsə müdir təyin etdiyi həkimin əmrini bir aydan sonra başqa müdir işinə dəyişər və biz buna şahid oluruq.

Baxmayaraq ki, qrup daxilində olan həkimlərin bir neçəsinin diplomu Tibb Universitetinin diplomu yox özəl məktəblərin bir neçəsinin diplomudur və baş həkim daxili əmrlə istədiyini istədiyi yerə qoyur. Bu işdə xəstəxana direktorundan istifadə etməyi də yaxşı bacarır. Nə baş həkim Əliyev Elçin nə də qrup daxilində təyin etdiyi bir neçə müdir vətən qarşısında hərbi borclarını verməyiblər, saxta yolla yayınıblar. Qısaca desək dezertirdirlər. Belə olan halda baş həkimin hansı vətənpərvərliyindən hansı düzgünlüyündən danışmaq olar.

15. Hər il dövlətin hesabına xəstəxana həmkarlar ittifaqının təşkil etdiyi səyahətlərə, tədbirlərə bu qrupun üzvləri dəvət olunur və bu sahədə də dövlətin vəsaitini şəxsi məqsədləri üçün istifadə edirlər. Halbuki illərlə Şəmkir səhiyyəsində əziyyəti keçmiş nə həkim nə də heç bir tibb işçisi bu səyahətlərə və tədbirlərə dəvət almır. Həmişə eyni adamları eyni yerdə görmək olar.

16. Ambulans maşınları şəxsi zakazlara göndərir və Bakı şəhərinə o cümlədən digər yerlərə xəstə daşınmasını sanki özünün monopoliyasına keçirib. Lazım gəldikdə iş növbəsində olan ambulans maşınları digər xəstələrin daşınmasına göndərməkdən də çəkinmir. Əvvəlcədən danışıb aparılan hər bir xəstənin verdiyi puldan bunada pul çatır. Bu və digər saxtakarlıqların edilməsi üçün öz qrupundan olan Zəyəm qəsəbə tibb məntəqəsinin müdiri özəl diplomlu təcili yardım işini bilməyən hərbi mükəlləfiyyəti olmayan Ayaz Orucovu tələsik şəkildə daxili əmrlə Təcili Tibbi yardım stansiyasına böyük həkim kimi təyin etdi. Çünki edəcəyi saxtakarlıqlar üçün Ayaz həkim baş həkimə lazımdır.

17. Sutkanın gecə vaxtı Mərkəzi Xəstəxananın acil şöbəsində pediatr və terapevdən başqa heç bir həkim tapılmır. Halbuki həm xəstəxana üçün həm də xəstələr üçün acil şöbə daha vacib və daha çox təcilidir. Xəstə gəldikdə isə digər ixtisas həkimləri evindən çağırmaq lazım gəlir və bu da sonda xəstələrə göstəriləcək tibbi yardımı heçə endirir və xəstələr daha da ağırlaşır. Bundan əlavə digər şöbə həkimləri kimi acil şöbədə dərmanlar yoxdur və həkimlər xəstələrə resept yazaraq özlərinin dərmanını almaqlarını məsləhət görürlər. Bu da xəstələrin haqlı narazılığına səbəb olur.

18. Xəstəxanaya verilən ərzaqları əlbir olduqları maşınlarla istədiyi səmtə yönəldirlər və heç kimdən çəkinmədiyini açıqca nümayiş etdirir. Hətta sərxoş vəziyyətdə olarkən bu işlərdə icbari tibbi sığortanı da razı saldığını bildirib.

19. Mərkəzi xəstəxana covid-19 səbəbilə bağlı olarkən gecələr xəstəxana daxilində dəfələrlə eyş işrət məclisləri qurulub və 2020-ci ilin payızında xəstəxanadan kef məclisindən gedərkən Çinarlı kəndində təxminən gecə saat 1-2 radələrində keçmiş direktor Yusif həkimlə birlikdə Əliyev Elçinin Toyota prado markalı maşınında içərisində xəstəxananın qadın həkimlərdindən 2 nəfəri də (adlarını çəkmək olar) daxil olmaqla içkili və sərxoş vəziyyətdə avtoqəza keçirdilər və bundan bütün rayon ictimayyəti xəbərdar oldu.

20. Xəstəxananın bütün şöbələrində məsələn doğum şöbəsində terapiya şöbəsində poliklinika şöbəsində və digər şöbələrdə bütün növ tibbi xidmətlər pulludur. Məsələn adi bir rentgen şəkilin çəkilməsi 15-20 azn, normal doğuşun keçirilməsi üçün 500 azn, usm müayinə üçün 15-20 azn, analiz və digər laborotor xidmətlər 10-50 azn dəyişir. Bu siyahını kifayət qədər uzatmaq olar. Şübhəsi olan hər bir kəs bütün bu xidmətlərin pullu olmasını gözləri ilə görə bilər. Şöbə müdirləri xəstəxana rəhbərliyinə baş çəkməsələr 1 dəqiqə olsun belə imkan verməzlər ki, həmin şöbələrdə pullu xidmət göstərilsin.

Şəmkir səhiyyəsində sözünü eşidən bir rəhbər yoxdur və eşitdiyi bildiyi nöqsanları qulaq ardına vururlar. Dövlətimizin yaratdığı icbari tibbi sığorta xidmətindən belə baş həkimlər və belə direktorlar ucbatından hələki faydalanmaq mümkün deyil.

21. Şəmkir rayon İcra Hakimiyyətində bir zamanlar çalışan və əxlaqsızlıq ucbatından oradan qovulan Emin adlı birisini baş həkim Elçin Əliyev öz yanında müavin işinə düzəldərək köhnə həmkarlarına dəstək olub. Şəmkir səhiyyəsindən bütün işə düzəlmələr və bütün işdən çıxarılmalar bir başa Əliyev Elçin tərəfindən həyata keçirilir.

22. Keçmiş baş həkim Ayaz İbrahimovun zamanında baş həkimin müavini işləyən Əliyev Elçin rayon üzrə əlillik dərəcəsininin verilməsində əsas şəxs olmağı bacarıb və onlarla insanın saxta əlillik dərəcəsi almasına və saxta şəkildə təqaüdə çıxmasına pul müqabilində yardımçı olub. Həmin şəxslərdən bir çoxlarının əlillik dərəcəsi ləğv olunsa da onları yenidən razı salaraq hal-hazırda da həmin şəxslərin tibbi komissiyadan keçməsində birbaşa iştirak edir və kifayət qədər saxtakarlıqlara yol verir. Xəstəxana işçilərindən bir çoxlarınada pul müqabilində saxta yollarla əmək pensiyası düzəlibdir.

Qeyd: Həkim komissiyasında saxta sənədlər verildiyi üçün şikayətlər əsasında vitek sənədlərin bir çoxunu prokurorluqda araşdırılır.

23. Heç bir xəstə potensialı olmayan, kasıb kənd həkimi olan, gənc Elçin Əliyevə sual vermək lazımdır, qısa zaman daxilində rayon mərkəzindən torpaq almaq sonra 2 mərtəbəli əla vəziyyətdə ev tikdirmək, Çaparlı və ətraf kəndlərdən başqalarının adına torpaq (200 ha qədər əraziləri almaq, bir neçə parnik sahibi olmaq, Bakı şəhərində bir neçə evlər almaq və kirayələrə vermək, bir neçə ticarət obyektinə sahib olaraq onları icarəyə vermək, qoşa cip avtomobillə yəni biri ilə özü digəri ilə həyat yoldaşı işə gəlməyin müqabilində belə kübar həyatı sürmək üçün vətən, dövlət və yaxud Şəmkir səhiyyəsində hansı xidmətləri göstərmisən və bütün hansı qazanca sahib olmusan?

Bir məmur kimi bunların izahatını verməyə borclusan.

Yəqinki 2 dəfə direktor əvəzi olduğu üçün kifayət qədər saxta işlərə və rüşvətə qurşanaraq bunları qazanmısan.

Görəsən Şəmkir səhiyyəsində elə bir sahə varmiki Əliyev Elçin adlı baş həkim saxtakarlığa yol vərməsin və rüşvət almamış olsun?

24. Son zamanlarda işə qəbul olunan insanların əksəriyyəti baş həkim Əliyev Elçinin yada direktor İsmyılov Eminin kəndçiləri və ya qohumlarıdır.

25. Ezamiyyət pulu yazılmır və ya yazılsada çox uzun süründürməçilikdən sonra verilir və verilməyə

26. Xəstəxana direktoru Şəmkir rayonunun daha çox tanınmış və xəstəsi çox olan həkimləri özəl xəstəxanada işlədir və dövlət xəstəxanasında işdən yayındıraraq həm maaş yazır həmdə adları kovidlə mübarizəyə yazıb əlavə pulda verir. Təki xətələrini özəl xəstəxanaya cəmləsin. Məsələn kardioloq Ədalət, nevropatoloq İlkin, üzi həkimi Zöhrab və sair.

27. Baş həkim Əliyev Elçin ambulans avtomobilə aid yanacaq kartını cibinə qoyub özünün şəxsi cip avtomobilləri üçün istifadə edir.

28. Alimpaşa Məmmədova məxsus qrupun üzvlərindən vəzifəyə qoyduqları həkimlərdən heç biri sertifikasiya imtahanından keçməyiblər və hamısı hərbi xidmətdən bir bəhanə ilə yayınıblar. Məslən acil şöbənin böyük həkimi Yusifov Coşqun, Təcili Yardım Stansiyasının böyük həkimi Orucov Ayaz, Zəyəm qəsəbə tibb məntəqəsinə yenicə təyin olunmuş stomatoloq Ələsov Cavid və sairə. Alimpaşa qrupu hələdə Şəmkir səhiyyəsinə hegemonluq edir.

29. Digər yeyintilərdən əlavə şöbələrə ayrılan vəsaitlərin heç biri təyinatı üzrə istifadə edilməyib. Məsələn xəstəxananın cərrahiyyə (500 min manat) və doğum şöbəsinə ayrılan bir neçə yüz minlər olan külli miqdarda vəsaitlər ünvanına çatmayıb və hara xərcləndiyi bilinmir.

Xəstəxanada 30 il sürücü işləmiş Rüstəmov Mahirin yerinə Mehtiyev Şahsuvar adlı birisini təzə gəlmiş ambulans tək sürücü kimi təyin edərək Təcili Yardım Stansiyasına 5000 azn müqabilində sürücü təyin etdilər. Amma digər ambulaslarda isə 4 sürücü fəaliyyət göstərir.

Baş həkim Əliyev Elçin sayəsində özəl diplomlu, səhiyyə idarəçiliyindən anlayışı olmayan stomotoloq Ələsov Cavid adlı birisi 10.000 azn müqabilində Zəyəm qəsəbə ASM şöbəsinə müdir təyin olundu. Təbiki buda Elçin həkimin qrupunun üzlərindəndir.

Direktor İsmayılov Emin 2021-ci ilin yayından Şəmkir Mərkəzi Xəstəxanasına direktor təyin olunandan indiyənə kimi qazi və şəhid ailəsi adı altında 105 nəfər işçi göütürülüb və hamısınında pulları alınıb. İşə götürülənlərin 85%-ə qədəri ya Könüllü kəndi ya da Əliyev Elçini kəndi olan Çaparlı sakinləridir.

Uzun illər Çənlibel kənd xəstəxanasına rəhbərlik edən Lələyev Qabil adlı həkim yarıtmaz fəaliyyətindən əlavə İsmayılov Eminə göstərdiyi xüsusi canfəşanlıq nəticəsində mərkəzi xəstəxanaya səhiyyənin təşkilinə müdir təyin olundu. Kadrların təyin olunmasında, işə götürülməsində Emin doktorun xüsusi rəğbətini qazanara həm də Çənlibel ASM şöbəsini həyat yoldaşı ilə birlikdəəllərində saxlayıblar və Emin həkimə bu vəziyyət görünür daha çox sərf edir. Lələyev Qabilin necə yarıtmaz və savadsız kadr olduğu hətda öz kəndinin sakinlərinə yaxşı məlumdur.

Lələyev Qabil Cənlibeldəki işini çoxmu yaratdiki indidə direktorun göstərişi ilə tez-tez əsassız yoxlamalar aparır və sonradan yoxlama apardığı yerlərdən tapılan neqativ hallara görə pul yığılmasını təşkil edir. Həkimlərdən 20 orta digərlərindən isə 10 azn.

Misal olaraq Dəllər ASM, TTYS-ni, Seyfəli tibb məntəqəsini və s. göstərmək olar. Hətda Orucov Ayazda TTYS-da fond adı ilə həkimlərdən 20 digər digərlərindən isə hər ayda 15 azn yığdırır. Lələyev Qabil 350 nəfərə tabel verir və hər ay işçilərdən pul yığır.

Dəfələrlə xəstəxanaya gələn yoxlamaların iradına və tələbinə baxmayaraq Şəmkir səhiyyəsinə aid olan inventarların sənədləri ortada yoxdur. Hər cür vasitə ilə gələn yoxlamaları razı salırlar.

Şəmkir rayon Mərkəzi Xəstəxanasında sanki baş həkim şöbə müdiri və müavinlər arasında 2-ci qadın saxlamaq uğrunda mübarizə gedir. Bacardıqları qədər əxlaqsızlıq etməkdən çəkinmirlər.

Əliyev Elçinin sayəsində öz qrupunun adamları 2 həttda 3 yerdə belə işləyə bilirlər. Məsələn Orucov Ayaz həm TTYS-nin müdiri 1 oklad hem, də 0.5 oklad acil şöbədə işləyir. Bunun kimi digər həkimləri misal çəkmək olar. Əgər şübhəsi olan varsa buyurub yoxlaya bilər.

Vakant yer olmadan belə işə girmək istəyəinin ərizəsini üstü yazılır və gözlədilir. Söz verirlərki sakit dursun və gözləsin.
Əlilliyin təyin olunmaısnda lazım olan qruppaya aid işlər evlərdə yazılır və bu kimi gizli işlərdə Xasıyeva Vüsalə daha çox fəallıq göstərir.

Əvvəlki yoxlama kimi gələn yoxlama palatasının yoxlaması zamanı yeyinti əvəzi kimi dövlətə 800.000 azn qədər pul ödənildi və bununda bir hissəsi baş həkim əvəzi işləyən Əliyev Elçinin dövrünə təsadüf edir. Bundan əlavə ortalıqda işləyən savadsız insanları mühasibatlıqda söz sahibinə çevirən Elçin həkimdir. 800.000 azn ödənildikdən sonra bunlara 6 ay müddətinə məcburi əmək verildi. Ama yenədə işlərinin basındadırlar.

Həttda şübhələr varki Elçinin sayəsində xəstəxanının dərman təchizatında 2 milyon manata qədər dərman çox ustalıqla silindi. Yəqinki bu Əliyev Elçinin xüsusi bacarığıdır.

Kür qəsəbə xəstəxanasında Təcili Yardım yarımstansiyası qurmağa çalışırlar amma baxın necə.Deməli 18 nəfər işçi Kürdəki təcili yardıma yox Şəmkir şəhərində yerləşən Təcili yardıma gəlməlidirlər ki Orucov Ayaz bunlara nəzarət edib.

buraxsın. Kürdəki təcili yardım şöbəsinə işə hər gün Şəmkir şəhərində yerləşən Təcili yardımdan briqada gedir. Deməli buraxmaları Orucov Ayazın əli ilə edirlər.

Əliyev Elçin və İsmayılov Emin vəzifədə olduqları müddətdə yerlərdə yaratdıqları narazılıqdan, rüşvətxoqluqdan, təcrübəsiz idarəçilikdən, əxlaqsızlıqla şərait yaratmaqdan, dövlətin pulunu yeməkdən, qanunsuz əməllərdən və milyonçu olmaqdan başqa Şəmkir səhiyyəsində hansı yeiliklər hansı müsbət işlər görülüb? Bütün bunların hesabatını bunlar nə vaxt və kimə verəcəklər?

Dəyərli oxucular direktor Emin İsmayılov Qarabağ Müharibəsi Veteranının və Şəhid ailəsinin üzvlərinə qarşı mərhəmətsiz və qəddardır. Belə ki, Laçının alınmasında döyüşlərdə cəsurluğuna və igidliyinə görə iki medalla təltif olunmuş, MAHXQ-nin (adı məlumdur) doğum şöbəsində tibb bacısı işləyən bacısını (R.F) 6 aydır Emin İsmayılovun əmri ilə başqa şöbəyə keçirilib. Həmin qadın öz yerinə qayıda bilmir.

Analoji hal Birinci Qarabağ Müharibəsi şəhidinin tibb bacısı işləyən bacısının başına gətirilmişdir. Həmin qadın ona qarşı olan haqsızlıq haqqında aidiyyatı üzrə şikayət etsə də onun şikayətinə baxılmamışdır. Belə haqsızlıqlar xəstəxanada çox olub. Ona görə də Emin İsmayılov özündən razı və müştəbeh halda tabeliyində olan işçilərin qarşısında deyirmiş :”Mən heç kimdən qorxmuram, arxamı dağa dirəmişəm”.

Dəyərli oxucular öz arxasını dirədiyi dağ deyəsən onunla bir kruqdan (çevrədən), bir qrupdandır. Aidiyyatı orqanlar belə həddini aşmış, öz davranışı ilə sadə insanları iqtidardan narazı salan belə məkrli məmurları, layiq olduğu yerə kimi qohumalı deyilmi?!

TƏBİB-in rəhbərliyi Emin İsmayılovun nöqsanlarını, qeyri-qanuni əməllərini ört-basdır edir. Bu məqamda bir atalar misalı yada düşür : “Dəvə başını soxub kola, arxasından xəbəri yoxdur”. Belə dəvənin dalını qələmlə dağıtmaq lazımdır.

MillətinSəsi.info

Bizimlə əlaqə saxlayın