15 
iyn
2022
09:59
123

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Samux Təhsil Şöbəsi müdirinin “reket” qardaşı… – Ramin Həsənov məktəblərdə qanunsuz yoxlamalar aparıb

15 iyn, 2022
09:59
25123

Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın özbaşınalığı haqqında sosial şəbəkələrdə müxtəlif yazılar dərc olunur.

Bu günlərdə isə TEREF.AZ -a Samux rayon Təhsil Şöbəsini sabiq müdiri, hal-hazırda Gəncə Şəhər Təhsil Şöbəsində sektor müdiri vəzifəsin icra edən Nurlana Həsənovanın həbsdə olan qardaşı Ramin Həsənovun haqqında video-görüntülər daxil olub.
İddia olunur ki, Ramin Həsənov özbaşınalıq edərək Samux rayon Təhsil Şöbəsinə aid olan məktəblərdə qanunsuz yoxlamalar aparıb.
Əldə etdiyimiz digər məlumatlara əsasən, Ramil Həsənov Gəncə Şəhərində yol qəzası edərək iki şəxsin ölümünə səbəb olub. Yayımlanan video-görüntülər R.Həsənovun həbs olunmamışdan əvvəlki tarixə təsadüf edir. Onun 5 il 2 ay müddətinə həbs olunması haqqında məlumat əldə etmişik.
Video-lentdən aydın görünür ki, həqiqətən də Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın qardaşı R.Həsənov Təhsil şöbəsində işləmədiyi halda, qanunsuz əməllərlə, kobud davranışla bacısı Nurlana Həsənovanın qanunsuz tapşırıqlarını icra edib.
Təhsil Nazirliyinin bu məlumatları bilməsi haqda məlumatımız var. Lakin heç bir tədbir görülməyib.Hurriyyet.az


Bizimlə əlaqə saxlayın