E-mail: [email protected]
Gəncənin baş memarından şəhid anasına hörmətsizlik: Qapını üzünə bağladı
Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi şəhid anasına qarşı hörmətsizlik edib.
Globall.az-a verilən məlumata görə, şəhid Nicat Qasımovun anası Məmmədova Nərminə Sahib qızı bir problemlə bağlı Gəncənin Baş memarı Elxan Məmmədovla görüşmək istəyib.
E. Məmmədov şəhid anasına onunla görüşəcəyini vəd etsə də, sonradan xidməti otağında ola-ola qapını bağlayıb və ananı qəbul etməyib.
Çarəsiz ana Baş memarı bağlı qapı arxasında saatlarla gözləsə də, E.Məmmədovla görüşə bilməyib.
Qeyd edək ki, bu, məmurların şəhid ailələrinə qarşı ilk hörmətsizliyi, biganəliyi deyil.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, şəhid ailələrinin, qazilərin problemlərinin diqqətdə saxlanılması, operativ həll edilməsi büütün məmurların dövlət qurumlarının əsas vəzifəsi olmalıdır.