E-mail: [email protected]
Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb - ŞİKAYƏT
Gəncədə ingilis dili müəlliminin dələduzluq etməsi barədə məlumat almışıq. Bu barədə Demokratik.Az saytına müraciət edən şikayətçilərin bildirdiyinə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Dillər kafedrasının müəlliməsi İmamverdiyeva Aygün Vilayət qızı vətəndaşları aldadaraq aşkar şəkildə və qorxmadan dələduzluqla məşğul olur.
Məlumatda bildirilir ki, ADAU-nun xarici dili müəlliməsi, 1963-cü il təvəllüdlü İmamverdiyeva Aygün Vilayət qızı müxtəlif vaxtlarda Gəncə-Qazax-Tovuz-Şəmkir-Yevlax rayonlarından olan vətəndaşları “işə düzəltmək”, “tələbə qəbulu”, “xaricdə təhsil alınmış diplomun təsdiqi“, “hərbi hissəyə işə düzəltmə”, “hərbiçilərin Əfqanıstanda müqavilə ilə hərbi qulluq etməsi”, ”xəstəxanaya sürücü”, “pensiya təyinatları”, “tələbə və müəllimlərin digər universitetlərə köçürülməsi” və sair vədlərlə inandırmaqla küllü miqdarda özgə pullarının ələ keçirilməsinə nail olmuşdur.
Demokratik.Az-ın əldə etdiyi məlumata görə, hazırda çoxsaylı şikayətlər əsasında Gəncə polisi və şəhər prokurluğunda, eləcə dəHərbi prokurorluqda müvafiq araşdırma aparılır, rus, ingilis dillərini yaxşı bilən müəllimə cinayət işi açılacağı istisna edilmir.
Aldadılmış vətəndaşların sözlərinə görə, pullarını geri istiyəndə “narahat olmayın hamısını qaytaracam” deyən müəllim uzun müddətdir ki, aldığı pulları qaytarmır. Aygün İmamverdiyeva kimdən nə qədər pul aldığını açıq etiraf etsə də, “alınmadı” deyərək pulları yaxın vaxt ərzində qaytaracağını vəd etsə də nəticə hasil olmur.
Şikayətçilər onu da qeyd edirlər ki, Aygün müəllimənin sağlamlığında qüsur olduğundan vətəndaşların mərhəmətinə də sığınmağa çalışır, Gəncə şəhər sakini olan İmamverdiyeva şikayətçilərin təqibindən qaçmaq, əməllərinin üstünü ört-basdır məqsədilə tez-tez yaşadıığı mənzilləri dəyişir.
Onun dələduzluq yolu ilə əldə etmiş olduğu pulları banklara qoyaraq faizlərini götürdüyü, özünə çoxlu sayda evlər, mənzillər aldığı iddia edilir. Gəncə şəhərində "İlin Dödr Fəsli MMC" tərəfindən tikilmiş binada iki otaqlı mənzilləri, Bakı şəhərində yeni salınmış məhlədə iki villası, Göygöl şəhəri Azad kəndində ikimərtəbəli bahalı evləri olduğu deyilir.
Həmçinin Aygün müəllimənin Tovuz şəhəri Aran Yanıqlı kəndində yerləşən, özünün və atasının heç vaxt yaşamadığı baba məhləsindən pay tələb etməsi, torpağa sahib çıxması, qohumlarına qarşı məhkəmədə iddia qaldırması aldığımız məlumatlar sırasındadır.
Hər gün yaşadığı evə, binanın həyətinə, xüsusilə də işlədiyi ADAU-nun Dillər kafedrasına dələduzluq yolu ilə aldatdığı vətəndaşların hücum çəkməsi isə İmamverdiyevanın ziyalı adına da kölgə salır.
Bildirilir ki, aldadılanların bir neçəsi pullarını ondan zorla da olsa geri qaytara bilmişdir. Məsələn, 2019-cu ildə tək qızının toyu ərəfəsində Aygün müəllimənin "İlin Dödr Fəsli MMC"-də yaşayan vəzifəli bir şəxsin övladını Gəncə Dövlət Universitetinə qəbul etdirmək məqsədilə 23000 (iyirmi üç min) manat civarında pul almışdır. Vəzifəli şəxs pulu tələb etdikdə, 2 ildən sonra “neyləyim alınmadı” deyərək yaşadığı 3 otaqlı mənzili 100 min manata satmış, 23 min manatı həmin vəzifəli şəxsə qaytarmış və digər binadan iki otaqlı mənzil almışdır.
Qazax şəhər sakini Aydın adlı şəxs isə Aygün müəllimənin iş qapısını sındıraraq “moşennik Aygün pulumu qaytar” deyə qışqır-bağırdan sonra, Aygün hay-küydən qorxmuş və Aydından guya diplomun təsdiqi üçün aldığı 5000 (beş min) manat pulu qaytarmışdır.
Təəssüf ki, sözügedən müəllimə Aqrar Universitetdə tələbələrə dərs deməklə də maaş alır. Onun əməllərinin təbii ki, ADAU-ya və universitetin kollektivinə heç bir aidiyyatı yoxdur. Sadəcə, 60 yaşına çatmış Aygün müəllimənin dələduzluğunun qurbanına çevrilmiş zərərçəkənlərin mütamadi ADAU-ya gəlmələri, narazılıq etmələri arzuedilməz haldır.
İmamverdiyeva Aygün Vilayət qızının toruna düşmüş hər kəsin DİN-in 102 xidmətinə və ya Gəncə şəhər prokurorluğuna (Telefon: (+994 222) 56-10-18, (+994 222) 56-24-50) və ya redaksiyamıza (051-547-25-22) zəng vuraraq məlumat vermələri xahiş olunur.
Demokratik.Az