19 
iyn
2022
12:18
147

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mingəçevirdə yüzlərlə şam ağacı qəsdən qurudulur: ŞƏHƏR EKOLOJİ FƏLAKƏTİN ASTANASINDA

19 iyn, 2022
12:18
12147

Mingəçevirdə yüzlərlə şam ağacı qəsdən qurudulur

RegionTV.info  xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Kür çayı sahilində, "Şamlıq" adlanan ərazidə yüzlərlə iynəli şam ağacları qəsdən qurudulur. Məsələ burasındadır ki, eyni mənzərəyə Mingəçevir şəhər Dostluq parkında, Uşaq şəhərciyi parkında və el arasında "Manıslar" parkı deyilən ərazidə rast gəlmək mümkündür.

İddiada qeyd olunur ki, şəhər bələdiyyəsi ilk mərhəhələdə ağacları qurudur, sonra ərazini müxtəlif şəxslərə satır. Beləliklə ərazini alan şəxs rahat şəkildə ağacları heç bir cərimə olmadan məhv edə bilir. Təəssüflər olsun ki, bu qanunsuzluğa  Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi  Tofiq Əsgərov göz yumur.


Qarşı tərəfidə dinləməyə hazırıq.

Bizimlə əlaqə saxlayın