E-mail: [email protected]
Yaşıllıqların cəlladı Mirsalam Qənbərov
Azerinfo.az xəbər informasiya agentliyi xəbər verir ki, Baki-Sumqayıt postuna çatmamış, yolun sağ tərəfində 20-dən çox şam ağacı kəsilib.
Aldığımız məlumatlara görə, sözügedən ağacların yerində yanacaqdoldurma məntəqəsi tikiləcək.
Sözügedən məsələni araşdırmaq üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi ilə əlaqə saxladıq və oradan bizə bildirdilər ki, Nəqliyyat Departamenti sözügedən ağacları başqa əraziyə köçürdüb. Sonra Nəqliyyat Departamentində Qaffarla müəllimlə əlaqə saxladıq və o isə bizə bildirdi ki, bizdə sözügedən ağacların köçürülməsi ilə bağlı hər hansı bir göstəriş yoxdur və bizim tərəfimizdən belə bir iş həyata keçirilməyib .
Ən nəhayət sözügedən məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla əlaqə saxladıq və o isə bizə bildir ki, sözügedən yerə toxunmayın. Görünür Mirsalam müəllimin belə yaşıllıqların məhv olmasında öz şəxsi maraqları vardır.
Hər gün yüzlərlə belə oksigen mənbəyimiz olan ağaclar Mirsalam müəllim kimi dırnaq arası ekoloqların qurbanı olur.
Ağaclar kəsilən ərazilərdə araşdırma məqsədilə olduğumuz zaman oradan bizə bildirirlər ki, Mirsalam müəllim bizə rəy verib. Deməli Mirsalam müəllimin "iraq cəddin"dən "seyidəm" deyib təbiətimizi məhv etməlidir?!.
Mirsalam müəllim, biz də üzümüzü tutub sənə deyirik: " hökümətdən qorxumrsan qorxmursan, heç olmasa Allahdan və cəddindən qorx!"
Bizi izləməkdə davam edin və sizə təbiət quldurları haqda daha da maraqlı məlumatlar verəcəyik.
Qarşı tərəfi dinləməyə hazırıq