E-mail: [email protected]
Biləsuvar Rayonunda Əxlaqsızlıq yuvası saxlayan Elman Məmmədova kimlər "Krişa"lıq Edir?
Əxlaq dedikdə insanın bütün xüsusiyyətləri və adət etdiyi vərdişlər nəzərdə tutulur. İnsan bu xüsusiyyət və vərdişlərin təsiri ilə yaxşı və ya pis davranışlar sərgiləyə bilər. Bir anlayış olaraq əxlaq və ya davranışın həm müsbət, həm də mənfi tərəfləri var.
Möminlərin gözəl əxlaqa malik olması İslam dininin əsas məqsədidir. İslam dini sonuncu və ən kamil din olduğu üçün əxlaqi prinsipləri də sonuncu, ən gözəl və ən yüksək əxlaqi əsaslardır. İslam əxlaqının əsasını Allahın əmr və qadağaları təşkil edir. Əxlaq gözəl davranışlar edib onları vərdiş halına salmaq, pis davranışlardan uzaq durmağa çalışmaq və özünü qorumaqdır. Əxlaqlı insan həm də gözəl davranışlarla özünü inkişaf etdirən, pis davranışlardan uzaq durmağa çalışan insandır. Dinimizə görə əxlaq və iman bir-birini tamamlayır. Çünki əxlaqi prinsiplərə riayət etmək, qadağalardan çəkinmək imanın tələbidir.
Əxlaqsızlığın birinci növbəli növü insan alveridir. Dünyanın bir çox ölkələrində insan alveri ilə bağlı problemlər var. Burada əsas rol oynayan hissə isə qadın alveridir. Belə ki, işbazlar qadınlar üzərindən milyonlarla pul qazanırlar. Qadın alveri dünya ilə yanaşı Azərbaycanda da aktual problemlərdən biridir. Təəssüflər olsun ki, buna qarşı nə qədər maarifləndirici və inzibati tədbirlər görülsə də ardı-arası kəsilmir.
Ölkəmizdə 2000-ci ilin dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu plan əsasında indiyə qədər ölkə ərazisində fəaliyyətdə olan yüzlərlə əxlaqsızlıq yuvasının işinə xitam verilib və fahişəliyi təbliğ edən şəxslər cəzalandırılıb.
Lakin qadın alverinin sayı günü-gündən artmaqda davam edir. Məmurların qoruduğu sauna, kafe, masaj salonları, otel və istirahət mərkəzləri adı altında fəaliyyət göstərən yerlərin sayı bu gün də kifayət qədərdir. Onlar bu işi çox peşəkarlıqla edirlər. Bu obyektlərin mövcudluğu təhlükə mənbəyidir. Bu yerlər gələcək üçün əmanət edilən milli-mənəvi dəyərlərimizi uçuruma aparır.
“Bəzi dövlətlərdə fahişəlik xidməti qanuni olsa da, bir çox dövlətlərdə, xüsusilə də İslam dininin daha çox yayıldığı ölkələrdə, eləcə də Azərbaycanda qanunla qadağan edilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lakin qeyd etdiyiniz kimi, təəsüflər olsun ki, hələ də əxlaqsızlıq yuvaları gizli də olsa fəaliyyət göstərir. Onlardan bəziləri “Kafe, çay," pivə" və sair adlar altında kamuflaj olunurlar və bu qanuna zidd fəaliyyəti təşkil edirlər.
Təəssüf ki, ayrı-ayrı bölgələrdə bu cür iyrənc üsullarla pul qazanan adamlara rast gəlmək mümkündür. Adətən, həmin şəxslər iaşə obyektlərini hədəf seçir, öz çirkin niyyətlərini bu məkanlarda həyata keçirməyə çalışırlar. Hansı ki, həmin məkanların bu cür fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur.Adının çəkılməsını istəməyən etibarlı mənbə bildirir ki, Biləsuvar rayonu ərazisində yol kənarındakı kafelərdə də əxlaqsızlıq yuvası təşkil edilib. Belə ki, İmişli rayon sakini əvvəllər məhkum olunmuş Elman Məmmədov Qanunlara meydan oxuyur. Hec nədən qorxmadan, çəkinmədən insan alveri ilə məşğuldur. Qeyd edək ki, Elman Məmmədovun əxlaqsızlıq yuvası saxlaması ilə əlaqədar "TikTok" sosial şəbəkədə məlumat yayılmışdır. Məlumat üçün bildirək ki, Elman Məmmədov insan alveri ilə məşğul olduğuna görə həbs olunub və bu barədə DİN rəsmi internet səhvəsində məlumat da yayıb. Amma Elman Məmmədov bu çirkin və qanunsuz əməlindən əl çəkməyib. Görünür ki, Elman Məmmədova "krişa"-lıq edən məmur da, bu cür iyrənc üsullarla qazanılan pula şərikdir. Əgər belə olmasaydı əlbəttə ki, bu cür cinayətə göz yumulmazdı. Məgər İmişli RPŞ-nin xəbəri yoxdur ki, rayon ərazisində bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir? Əgər həqiqətəndə xəbərləri yoxdursa demək RPŞ-i İşləmir? O,zaman biz xəbərdar edirik. Elin gözü tərəzidir...
Mövzunu diqqətdə saxlayacayıq
Redaksiyamız hər kəsin söz haqqını tanıyır