E-mail: [email protected]
Ekologiya Nazirliyinin bədxassəli şişi olan Vüqar Kərimovun gizlətdirdiyi audit yoxlamasının....
Etibarlı mənbədən Azerinfo.az xəbər portalına verilən məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan çoxsaylı şikayətlərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin Mərkəzin Xidməti ərazisində yoxlama keçirdən audit qrupunun əməkdaşları xeyli qanunsuzluqlar (ödənilməmiş cərimələr, qırıntılar, əkinlərin batması və s) aşkar etmişdilər.
Aşkar olunmuş qanunsuzqlar Meşələrin İnkişafı Xidmətinin hüquq şöbəsinin müdiri, hansı ki, Vüqar Kərimovun Xidmətdə "qara kassa"sı kimi tanınan Ülvi Nəsibliyə tapşırılmışdır,
amma çox təəssüflər olsun ki, Ülvi müəllim öz ağası olan Vüqar Kərimovun göstərişi ilə onun dostu Adəm Ismiyevi və digər "meşə mafiya"sın müdafiə edərək audit qrupunun keçirdiyi yoxlamanın nəticələrini gizlətmiş və lazım olan hüquq mühafizə orqanlarına göndərməyə maneə olmuşdur.
Sözügedən sənədlər bu günə kimi gizlədilir və lazım olan yerlərə göndərilmir.
Qarşı tərəfi dinləməyə hazırıq