apr
2022
23:22
114

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallıda kasıbların cibinə girən məmur jurnailstə hədə-qorxu gəldi

1 apr, 2022
23:22
7114

Redaksiyamıza dünən ünvanlı sosial yardımla bağlı daxil olan şikayət xəbər portalımızda yayımlanandan sonra, bu gün əməkdaşımız Kərəm Ağayev sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üşün ƏƏSMN-nin Masalıı rayon şöbəsində olub. Orada Əməkdaşımız şöbə müdiri Zamin Əliyevin otağına daxil olaraq, özünü təqdim edib və sözügedən məsələylə bağlı gəldiyini bildirib.
Əlzamin Əliyev isə əməkdaşımıza gobud və şəxsiyyəti alçaldan sözlərlə cavab verərək sən kimsən ki, bura gəlmisən? Mən sənə bu barədə heç bir açıqlama verməyəcəm deyərək hədə-qorxu gəlib.

Kərəm Ağayev "sonra əyləşdiyi masadan durub üstümə yüyürdü və jurnalistlik vəsiqəmə baxmaq istədi. Mən isə vəsiqəni əlimdə tutub ona göstərdim, o isə bir neçə dəfə cəhd göstərdi ki, vəsiqəmi əlimdən alsın, amma buna nail ola bilmədi"- deyə bildirir.
Əməkdaşımız oradan çıxandan dərhal sonra bu barədə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verib.
Görünür Masallıda bəzi məmurlar öz bildiyini edir və üstəlik jurnalistlərin peşə fəaliyyətinə də mane olurlar.

Bu ilk deil. Belə hadisələrlə əməkdaşımız dəfələrlə Masallıda xəstəxana, MKTBI və məktəblərdə rastlaşıb.

Dəfələrlə redaksiyamıza Masallıdan daxil olan şikayətlərlə bağlı əməkdaşımız Masallı rayon İH Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri. Aybəniz Qafarovayla əlaqə saxlayıb. O isə sözügedən şikayətlərin araşdırmasına mane olub. Və açıq-aşkar bildirib ki, xəstəxana və məktəblərə icazə yoxdur daxil olmağa.

Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.



Bizimlə əlaqə saxlayın