iyn
2022
13:22
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah 38 dərəcə isti olacaq - HAVA PROQNOZU

7 iyn, 2022
13:22
958

Azərbaycan ərazisində iyulun 8-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Bizimlə əlaqə saxlayın