iyl
2022
13:13
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah külək əsəcək - HAVA PROQNOZU

8 iyl, 2022
13:13
9107

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45 % olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Bizimlə əlaqə saxlayın