E-mail: [email protected]
Masallıda "qoçular" peyda olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Nüsxəsi: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə,
Nüsxəsi: Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova,
Bir qrup Masallı rayon Qəriblər kənd sakini tərəfindən
Müraciət
Hörmətli Ali Baş Komandan və dövlət rəsmiləri! Müraciətimizlə yazıb Sizə bildiririr ki, Masallı rayon Qəriblər kənd bələdiyyəsinin 2014-2019 cu illərdə işləmiş sabiq sədri Müşviq Vasif oğlu Ağayev 2005- ci ildə məhkum olsada, 2005- ci ilin oktyabır ayında doğum tarixini saxtalaşdıraraq bələdiyyə sədrliyinə saxta yolla nail olmuşdur.
İşlədiyi müddətdə əslən Masallının Yeddioymaq kəndindən olan Adna adlı şəxslə birləşərək çoxlu sayda cinayətlər törətmişdirlər. Bunlara misal olaraq, Viləş bəndinin giriş hissəsində olan çay yataqlarını, meşə zolağını, Qəriblər kəndinin ərazisində yerləşən kəndin köhnə qəbristanlığını, ayrı-ayrı kənd sakinlərinin paybəlli torpaqlarını, Daşlıqaya adlanan ərazinin meşə zolağını və dövlətə məxsus olan qorunub saxlanan "Kurqan" təpələrini qazıb dağıdaraq böyük bir cinayət törətmişdilər .
Müşviq və Adna adlı şəxs qazıntı zamanı "Kurqan" təpələrinin altından külli miqdarda qızıl zinət əşyaları və köhnə qəbristanlığın ərazisindən isə əntiq əşyalar taparaq varlanmışdılar.
Biz kənd sakinləri olaraq aidiyyatı qrumlara bunların törətdiyi cinayət əməllərini ifşa edib yazılı şəkildə müraciət etsəkdə, amma buna baxmayaraq heç bir tədbir görülməmişdir.
Aşkar etdikləri xəzinənin hesabına hal-hazırda Masallı rayon və onun ətrafında 10-a yaxın böyük mərtəbəli binalar almış, super marketlər inşa etmişdilər.1941-1945-ci il Masallı rayonunda Böyük Vətən müharibəsinin şəhidlərinin abidəsini dağıdaraq və ətrafında 120-ə yaxın küknar və şam ağaclarını kəsərək dövlətimizə və ekologiyaya böyük zərbə vurmuşdurlar. Bu cinayətkar cütlük kəndimizin tarixini həyatdan silmişdirlər.
Biz kənd sakinləri olaraq kəndimizə məxsus olan münbit və paybəlli torpaqlar, köhnə qəbirstanlıq və "Kurqan" təpələrinin Masallı rayon Qəriblər bələdiyyəsinin sabiq sədri Müşviq Ağayev və Adna adlı şəxs tərəfindən vəhşicəsinə qazılaraq satılması barədə aidiyyatı qrumlara müraciətlər etmişik.
Bunlar açıq şəkildə həmkəndlilərimizi susdurmaq üçün, onlara hədə-qorxu gəlir və törətdikləri cinayətləri ifşa edənləri şərləməyə cəhd edirlər.
2015-2019 -ci illərdə bu tarixi cinayət baş vermiş və cinayəti törədən cütlük, qazıntılar və oradan tapdıqları qızıllar hesabına cinayətlərini müvəqqəti olaraq ört- basdır etməyə nail olmuşlar.
25 iyul 2022 ci il həmkəndlimiz Allahyarov Qardaşəli həmin dagıntıları yaddaş üçün mobil kamera ilə çəkərkən, əslən Masallı rayon Allahyarlı kənd sakini Şahbazov Rafiq Baldadaş oglu Qardaşəliyə yaxınlaşmış və qazıntıların nə vaxt qazılması barədə məlumat vermişdir.
Qeyd edək ki, Şahbazov Rafiq Baldadaş oğlu Adna adlı şəxsin daş çınqıl karxanasının gözətçisi vəzifəsində işləyir.
Bu olaydan xəbər tutan Müşviq və Adna Şahbazov Rafiqi Masallı rayon Polis şöbəsinə məcburi qaydada apararaq həmkəndlimiz Qardaşəlidən qərəzli şəkildə şikayət etdirmişdirlər.
Hal bu ki, Rafiq Şahbazova heç kim təzyiq və məcbur etmədən Adna və Müşfiq barədə məlumat və şikayətləri özü vermişdir.
Bunlar cinayətlərini ört- basdır etmək əvəzinə, törətdiyi tarixi cinayətləri verdikləri şikayətlə ifşa etmişlər.
Qəriblər kənd ziyalı və ağsaqqaları azerinfo.az xəbər informasiya agentliyinin əməkdaşların kəndimizə dəvət edib "Kurqan" təpələri, qəbristan və "ekoloji soyqırım"lar gedən yerləri göstərməyə və aradşdırmada iştirak etməyə dəvət edirlər.
Biz kənd sakinləri olaraq Masallı rayon polis rəisindən və aidiyyatı qrumlardan xahiş edirik ki, Müşviq və Adnanın törətdiyi cinayətlərin üstünün açılmasıda bizə köməklik edəsiniz.
02 avqust 2022-ci il
P.S. Qəriblər ərazisində "Kurqan" təpələri qazılır, çayın qrabil və qumu daşınır və üstəlik orada kı, yaşıllıqlar da məhv olur. Yaxşı bəs 1 saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları hara baxır?!
Ola bilərmi ki, onların bu cinayətlərdən xəbərləri olmasın?! Əlbətdə, yox. Deməli, onların bu işdə əli vardır.
Qarşı tərəfi dinləməyə hazırıq.