14 
avq
2022
19:22
107

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboy rayon sakini niyə torpaq sahəsini suvara bilmir

14 avq, 2022
19:22
9107

Salam Eçin müəllim. Mən,Musaye Eldar Cabbar oğlu 1948 -ci il təvəllüdlü 2-ci qrup əlil, 2019-cu ilin bütöv yay suvarma dövründə pay torpaq sahəmi suvara bilməmişəm.
Səbəb suvarma suyu ilə təmin olunmamasıdır.
Bütöv yayı rayon icra hakimiyyətinə qəbul günləri gedib su ilə təmin olunmağımı xahiş etmişəm. Nəticədə həmin il ailəmizə 4 min manata dək maddi ziyan dəymişdir. Həmin ilin sentyabr ayında prezidentin və digər 7 aidiyyatı dövlət rəhbərlərinə ərizə ilə müraciət etdik. Nəticədə 2020 -ci ilin may ayının 20-sində icra hakimiyyəti başcısının 1-ci müavini Ceyhun Həsənovun təşkilatçılığı ilə yalançı şahidlər ifadəsi ilə Goranboy  Məhkəməsinin qərarı ilə məni 70 manat cərimə ediblər. Bu az imişki.həmin Həsənovun öyrətməsi ilə 3 nəfər narkoman Məhkəmənin inzibati binasından mən çıxarkən məni təhqir etmişlər və böhtan atmışlar vidyo çəkərək sosial şəbəkələdə tik tokla yaymışlar. Mənim sosial problemlərlə bağlı prezidentin ünvanına çox saylı müracətlərim olub. Əfsuslar osun ki,qaldırılan problemlərin heç biri öz həllini tapmayıb. 
Sizdən xahiş edirəm bu məsələni ictimailəşdirəsiniz. 
Goranboy rayonu Qızılhacılı qəsəbəsi K. Məmmədov küç.ev 48  .
Göndərilən teleqramaları votsapla göndərirəm.

Bizimlə əlaqə saxlayın