E-mail: [email protected]
Ekologiyamızın acı durumu - FOTO FAKT
Ölkəmizdə kifayət qədər ekoloqlar olduğu halda, görəsən niyə görə müxtəlif idarələrdən ekologiya sahəsinə yad ixtisaslı kadrları gətirib ekologiya idarələrinə rəhbər vəzifələrə təyin edirlər.
Görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən qeyri-peşəkar kadrları yerləşdirməkdə məqsədi nədir?!
Yəqin bu sual hamını düşündürür.
Həmin kadrlardan biri 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Tofiq Əsgərovdur. Bu şəxs sözü gedən Idarəyə 2022-ci ildə təyin olunub. Və o, 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.
Turkdunyasi.az xəbər verir ki, 27/08/2022 ci il tarixdə Azerinfo.az informasiya agentliyinin çəkiliş qrupu Bakı-Qazax yolunun Yevlax-rayon Aran qəsəbəsi ərazisində yolunun kənarında bir neçə yerdə piş taxtaların üzərində və asılmış vəziyyətdə antisanitar şəraitdə qanunsuz balıqların satıldığını lentə alıblar. Kadırlardan da görünür ki, yayın isti günlərində və magistiral yolda şütüyən avtomobillərin şinlərindən çıxan toz balıqların üzərinə hopur. Göründüyü kimi Qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən yol kənarında qanunsuz balıq satışı həyata keçirilir aidiyyəti qurumlar isə bu biabırçılığa biganə yanaşır.
Əldə etdiyimiz məlumata görə, həmin balıqları brakonyerlər ekologiya işçiləri ilə razılaşaraq tutub müxtəlif yerlərdə satırlar.
Bəs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşları və yerli Qida Agentliyinin əməkdaşları hara baxır? 40 dərəcə Günəş və toz duman altında o, balıqlar satılır.
P.S. Su Mühafizə Polisinin rəisi Qalıb müəllim və Yevlax rayon Polis Şöbəsinin məsul əməkdaşları görəsən niyə bunlara nəzarət etmir?.
Və əksinə olaraq onlara münbit şərait yaradırlar.
Qarşı tərəfi dinləməyə hazırıq