sen
2022
14:36
140

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İsmayıllı Rayon Sakini Zəlimxan Məmmədli Ölkə Başçısına müraciət etdi

4 sen, 2022
14:36
12140

Azərbaycan Respublikasının Prezidentinə,
İsmayıllı rayon İcra hakimiyyətinin başçısına,
İsmayıllı rayon Bələdiyyəsinə
Daxili İşlər Orqanlarına, 
Media qurumlarının rəhbərlərinə

AÇIQ MÜRACİƏT


Hörmətli rəsmilər, media mənsubları. 
Artıq sosial şəbəkədə İsmayıllı rayonunun Hacıhətəmli Bələdiyyəsinə daxil olan Kurdeldarbəyli kəndinə yaxın baxımsız qalmış, zibilliklərlə örtülmüş ərazidə olan bulağın öz şəxsi vəsaitim hesabına yenidən qurulması təşəbbüsü ilə çıxış etdim. 

Mən bu başdan rayon ictimaiyyətinə, müraciət etdiyim usta, fəhlə heyyətinə təşəkkürümü bildirirəm. Hər tərəfdən dəstək gördüm. Könül verən hər kəs bu işə təmənnasız dəstək verəcəklərini bildirdilər. 28 avqust tarixində işə başladıq. Köhnə bulaq yeri mexaniki işləndi, zibilliklərdən təmizləndi. Bulaq suyunun səviyyəsi tərtib etdiyimiz layihəyə uyğun olaraq 0,5 metr yuxarı qaldırıldı. Material olaraq hörgü daşları, üzlük daşları, sement, qum, çınqıl, çay daşları,  yapışdırıcı, izolyasiya edici, rəngləyici materialllardan, gigiyenik plastic borulardan istifadə edərək 4 gün müddətində bulağı yeni dizaynda, estetik formada istifadəyə hazır vəziyyətə gədirə bildik. Bu müddətdə kənd cammatından, yoldan keçən insanlardan xeyir-dua, xoş münasibət gördük. 

Bu ehsanat, xeyriyyə bulağını həm də yeni-yeni insanları xeyriyyəçiliyə, humanitar, abadlıq işlərinə təşviq etmək üşün başladır. Maddi imkanlarım məhduddur. Ancaq biz regionlarımızın inkişafı üçün məhdud imkanlarla da böyük işlər görə bilərik inancındayam.

Hörmətli səlahiyyət sahibləri inanıram ki, sizlər də bu cür layihələrin dəstəklənməsinə yalnız dəstəkçi olar, o cür heç bir təmənna güdməyən insanların xeyirxah əməlini  yalnız təqdir edərsiniz. 

Bulağı Bəy bulağı adlandırdıq. Bu adı social şəbəkənin, ünsiyyətdə olduğum insanların yekdil rəyi ilə seçmişik. Bəylik ərənlikdir, sədaqətdir, cəsarətdir, Vətən, yurd, millət, dövlət, bayraq sevgisinə işarədir. Milli mübarizə insanlarının, Dövlətimizn var olmasında fədkarlıq edən liderlərimizn,  Şuşa fatehlərinin, bütün şəhidlərimizin Ruhuna, qazılırimizin əzminə ehtiram əlaməti olaraq adlandırdıq. 

01 sentyabrda Facebook səhifəmdə elan verərək simvolik 5-10 nəfərlə açılış etməyi planladıq. Bütün işlərimizin gedişi şəffaf olaraq günlük social şəbəkədə işqlandırıldı. (Zalimxan Mammalı Facebook səhifəmdir) Bu an özünü kənd bələdiyyəsinin sədri və YAP sədri kimi təqdim edən Maqsud Hüseynov adlı şəxs ədəb -ərkan qaydalarını gobud surətdə pozaraq bulağı uçuracağı, bayrağı endirəcəyi ilə hədələməkdən belə çəkinmədi. Eyni zamanda simvolik açılışa gələn bir neçə nəfər kənd əhalisinə həqarət etməkdən belə çəkinmədi. 

Bir ona əminik ki, bu cür layihələr millətimizin, dövlətimizin maraqlarına uyğundur. Heç bir tərif, təşəkkür umacağım yoxdur. Bir şeyə də əminəm ki, bu cür bələdiyyə sədrlərinin YAP-a və siyasi hakimiyyətə vurduğu ziyanı, xalqla hakimiyyət arasında  uçurumu bu cür yerli məmurlardan başqa heç kim yarada bilməz. Bunu siyasi hakimiyyətin, yerli hakimiyyətin diqqətinə çatdırmağı borc bildim.Bütün vasitələrlə Maqsud Hüseynovu iddiasından imtina etdirməyə çalışsam da təəssüf ki,bacara bilmədim.  O, yeni layihəyə qorxu mənbəyi kimi yaddaşımda qalıb. 

Yekunda hər birinizi bu layihəmin gerçəkləşməsi, bir bulaq inşa etməyim münasibətilə təbrik edirəm. İnanıram ki, həmin bulağın suyundan nə zamansa sizlər də içəcəksiniz. El-obanın, o bulaqdan istifadə edənlərin halalı olsun. Həmçinin bulağın ətrafında insanlarımızın rahatlığı üçün zəruri infrastrukturların yaranmasına dəstək verəcəksiniz. Həmin bulağın yanından keçən və Göyçay çayının kənarı ilə Göyçaya və Qəbələnin kəndlərinə gedən yolların gələcəkdə asfaltlanmasına da şərait yaradacaqsınız.

Ümid edirəm ki, mənim bu müraciətimi rəsmilər diqqətə alacaq və media orqanlarımız prosesi nəzarətdə saxlayacaq, adı çəkilən bələdiyyə rəsmisi kimi xoş niyyətli olmayanların bəd əməllər törətməsinin qarşısını alacaqlar.

Hörmətlə, 
Azərbaycan Respublikasının vətəndaşı Zəlimxan Məmmədli
02 sentyabr 2022, İsmayıllı.

Bizimlə əlaqə saxlayın