sen
2022
05:03
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ANONS! Gəncə şəhər DYPŞ-nin rəisi polis mayoru Eldəniz Həsənovun Gəncədə "QANUNSUZ YOL BİZNESİ" - Cənab Prezidentin və Vilayət Eyvazovun nəzərinə!

6 sen, 2022
05:03
16113

Redaksiyamıza Gəncə şəhər DYPŞ-nin rəisi polis mayoru Eldəniz Həsənov ilə bağlı ŞOK şikayətlər daxil olur. Qısaca bildirilir ki, Eldəniz Həsənov Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncədə sürücülərin başına hər oyunu açıb "TASA" otuzdurur.

Şikayətçi qeyd edir ki, rahat maşın sürmək istəyirsənsə, hər bir rahatçılığın öz qiyməti var. Bu pullar da bir başa Gəncə şəhər DYPŞ-nin rəisi polis mayoru Eldəniz Həsənovun cibinə gedir.

Qabağı qaldırılmış maşınlar, “plyonka“lı maşınlar, qırmızı işığa məhəl qoymayan maşınlar bunların hamısının birlikdə qiyməti, əgər tanışın varsa 150 manat, tanışın yoxsa, 200 manatdır.

Biz də redaksiya olaraq, dəfələrlə Gəncə şəhərində belə hadisələrin şahidi olmuşuq.

Şikayət ilə bağlı redaksiya olaraq, Gəncə şəhər DYPŞ-nin rəisi polis mayoru Eldəniz Həsənov ilə əlaqə saxlamağa çalışdıq, amma bizə cavab verən olmadı.
Mənbə: Azerinfo.az
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın