E-mail: [email protected]
Cənab Ölkə Başçısının diqqətinə: Ekologiyanın bədxassəli şişi olan Vüqar Kərimovun kadrları Masallıda "at" oynadır
Turkdunyasi.az xəbər portalına bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi işçilərinin verdiyi məlumata görə,
Artıq Mərkəzimizə 2 aydır direktor təyin olunmuş qeyri-meşəçi, ağacların cinsini tanımayan və bir sözlə meşədən anlayışı olmayan Nəsimi Nəsirovu gətirib direktor təyin ediblər.
Bu şəxs, biz və digər işçilərin bəzilərin "işdən çıxma" barədə ərizərimizi alıb, elə işçilər də var ki, ərizə verməkdən imtina ediblər və Nəsimiyə "sən bizi işə götürmüsən ki, bizi də işdən çıxartmaq istəyirsən?!.
Sənin bu əməlin Əmək Məcəlləsinin maddələrinə ziddir"-deyə, bildiriblər.
Adlarını çəkilməsini istəməyən işçilərin verdiyi məlumata görə, Nəsimi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin İşçilərinə bildirir ki, mən öz komandamı yığıb onlarla işləyəcəm, kimi istəsəm işdə saxlayacaq, istəməsəm isə ərizəsin alıb yola salacam.
Direktor mənəm və mən qərar verirəm.
Vəsssəlam
Qarşı tərəfi də dinləməyə hazırıq.