yan
2023
14:47
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qazilərimiz Ceyhanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

8 yan, 2023
14:47
1585

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qazilər Dərnəyinin dəvəti ilə ölkəmizin bir qrup Vətən müharibəsi qazısının qardaş ölkəyə səfəri davam edib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyindən verilən məlumata görə, Ceyhan şəhərində Ümummilli Lider Heydər Əliyev Parkında tədbir təşkil olunub.
Əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Ulu Öndər Heydər Əliyevin abidələri önünə gül dəstələri qoyulub, xatirələrinə ehtiram göstərilib.
Sonra Azərbaycanın və Türkiyənin himnləri səsləndi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin, Ceyhan Bələdiyyə başqanı Hülya Erdemin və Türkiyə Müharibə Qazilər Dərnəyinin sədri Beyazıt Yumukun çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin tarixi missiyasından, Ulu Öndərimizin təməlini qoyduğu Azərbaycan və Türkiyənin birgə inkişafını təmin edən layihələrdən, iki qardaş ölkənin əlaqələrinin dinamik inkişafından və s. məsələlərdən bəhs olunub.
Vurğulanıb ki, hazırda böyük uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsində həyata vəsiqə qazanıb.
Qeyd olunub ki, bu layihə milli təhlükəsizliyimizə və inkişafımıza əhəmiyyətli təsir göstərən beynəlxalq səviyyəli güc vasitəsidir.
Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə Azərbaycan-Türkiyə qardaşlığının tarixi nümunəsidir.
Qeyd edək ki, Vətən müharibəsi qaziləri Tasusda da Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsini ziyarət ediblər.

Bizimlə əlaqə saxlayın