yan
2023
11:00
89

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tovuzda odlu silah və pul müqabilində narkokuryerlik edən şəxslər TUTULDULAR

9 yan, 2023
11:00
1089

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam respublikasından qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkin yaşına çatmayan şəxslər və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman üzərlərindən 1 kq 320 qram “heroin”, 1 kq 585 qram “marixuana”, 49 qram psixotrop maddə olan metamfetamin və aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan “marixuana” aşkarlanıb.

Bununlada Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 əməliyyat-axtarış tədbiri baş tutub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın