12 
fev
2023
12:46
104

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Milli Qəhrəman Etibar İsmayılovun xatirəsinə etibarsız münasibət – Şəhidin büstünün üz nahiyəsinə kim “şram” atıb?

12 fev, 2023
12:46
10104




Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəb Vətən müharibəsinə qədər cəbhəyanı məktəb sayılırdı. Təhsil Nazirliyin 2020-ci ilin payızına qədər təşkil etdiyi mediaturlar çərmçivəsində o vaxt təmas xəttindən cəmi 15 kilometr məsafədə yerləşən bu məktəb də KİV təmsilçiləri tərəfindən ziyarət edilirdi. Təbii ki, məktəb rəhbərliyi media nümayəndələri qarşısında şagirdlərə vətənpərvərlik tərbiyəsinin necə aşılanmasına dəlalət edən işləri sərgiləyirdi.

Amma indi, işğal altında olan torpaqlarımız yağı tapdağından azad olunandan sonra daha cəbhəyanı məktəb hesab olunmayan bu təhsil ocağında deyəsən vətənpərvərlik tərbiyəsi unudulub. Məktəbin qarşısındakı Milli Qəhrəman Etibar İsmayılovun büstü baxımsız qalıb. Büstün üst təbəqəsinin emalı bir neçə yerdən zədələnib. Elə təəssürat yaranır ki, sanki bilərəkdən büstün üz hissəsinə və başqa nahiyələrinə çapıqlar atılıb.


Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o, erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır. Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar tarixdə Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək... bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir... Cəsədi döyüş meydanında qalmışdır. Subay idi.


Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır. Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Cəsədi döyüş meydanında qalmışdır.
Gəlin razılaşaq ki, məktəb kollektivinin, şagird kontingentinin başqa nailiyyətləri bu ciddi nöqsanın yanında sönük görünür.

İbrahim Hümbətov

Bizimlə əlaqə saxlayın