23 
fev
2023
10:20
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənilərin qoyub qaçdıqları idarəolunan raket sistemi aşkarlandı

23 fev, 2023
10:20
1274

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Tərtər rayonunun Talış kəndi ərazisində bir ədəd tank əleyhinə idarəolunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə üç əl qumbarası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın