E-mail: [email protected]
Mədəniyyət işçiləri Şəhid Ramid Yaqub oğlu Tağıyevin evində Şəhid ailələrilə görüş keçirdilər.
Turkdunyasi.az xəbər verir ki,Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyıt Evi,Qırıxlı, Qarasuçu, Gülməmmədli,Kələk və Şıxlar kəndlərində fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların nümayəndələri 25.02.2023-cü il tarixində əslən Daşkəsən rayonundan olan Vətən Müharibəsi Şəhidi, Azərbaycan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Ramid Tağıyevin mövlud günü ilə əlaqədar Samux rayon Sərkar kəndində Daşkəsən rayonundan olan bir qrup Şəhid ailələri ilə görüş keçirmişdir.
Görüşdə Şəhid anaları və Mədəniyyət işçiləri iştrak etmişdir.
Görüşü giriş sözü ilə açan rayon Mədəniyyət işçisi, Layihə rəhbəri, Elçin Tagıyev qəhrəman Goranboylular adından bütün Şəhid analarını salamlamış Şəhidlərimizə uca Allahdan rəhmət diləmişdir.
Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmış, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş Şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.
Bu qəbildən olan ailələrin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğısının bariz nümunəsidir deyə E.Tagıyev bildirmişdir.
Şəhid Ramid Tağıyev Daşkəsən rayon Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində göstərdiyi igidliyə görə Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə" "Kəlbəcərin azad edilməsi" Medalları ilə təltif olunmuşdur.
Görüşdə çıxış edən Şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva və digər Şəhid anaları ilk öncə onlara göstərilən diqqət və qaygıya görə ölkə başçısı cənab Ilham Aliyev Birinci Vitse-prezident Mehriban Əliyeva sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Eyni zamanda onların ailələrini ziyarət edərək Şəhidlərimizin xatirəsini əbədiləşdirilməsi məqsədi ilə Mədəniyyət sahəsində çalışan əməkdaşlara bu cür şəraitin yaradılmasında dəstək olduguna görə bütün kollektivə dərin təşəkkürlərini bildirdilər.
Sonda Şəhid Ramid Tağıyevin anasına Şəhidimizin şəkli əks olunmuş " Xarı Bülbülün Xatirə -Tablosu" və "8 Noyabr Zəfərin Mübarək" adlı tablolar təqdim edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.