25 
mar
2023
23:00
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

GƏDƏBƏYİN İCRA BAŞÇISI AĞAC ƏKMİR, ƏKİŞDİRİR…

25 mar, 2023
23:00
897

Gədəbəyin icra başçısının ağacəkmə kampaniyasına qarşı allergiyası var.
Vallah gundə bir söz eşitməsə elə bil adam tıncıxır, əldən düşür, qulaqları pas atır. Elə səhər yuxudan təzə oyanmışdımki, bir söz gəlib çatdı qulağıma ki, sən demə Gədəbəyin icra şahının ağac əkməklə arası yoxuymuş, ağac əkmək sözünə qarşı allergiyası var və bu səbəbdən də kim ağac əksə, özü olmasa da şahın qulbeçələri həmin o ağacları kökündən çıxardıb, əkəni təbdən çıxarırlar.
Elə götürək Gədəbəydən olan iş adamı Nazim bəyi. A kişi, kəndində Ekologiya nazirliyinin digər qurumlarının rəyinə və razılığına əsaslanıb balıqçılıqla məşğulsansa, nə düşüb ki, Heydər Əliyevin adına salınmış parkın ətrafına və yol kənarına ağac əkirsən. Bəs bilmirsən ki, rayon şahının zəhmindən göydə uçan quşlar da icazəsiz qanad açmır. Balıq yetişdirmək üçün bütün sənədlərin yerində olsa da, sonunda icra başçısının təsdiq etməsi nə edək ki, keçmiş icra başçısının gedən vaxtına düşüb. Bəs bilmirsən ki, gələn başçının, şahənşahın torbası hələ boşdur.
A, başına dönüm, şah səndən 40 min manat istəyirsə, sən apar 41 min ver də, day buna acıq eləyib yol ətrafına ağac əkməyinə nə gərək. Bu səbəbdən də, məsləhətdir ki, ya şahı gör, ya da ağac əkməyini şahın qulbeçələri ilə razılaşdır. Yoxsa Saratovka kənd icra nümayəndəsi Elvin Məmmədov gölün tikintisində səndən 500 manatı necə aldısa ağac əkəndə də, 500 alacaq.

Yoxsa, gündüz sən ək, gecə şahın qulbeçələri çıxarsın. Ya da ki, gecə sən ək, gündüz onlar çıxartsın.
​​​

Bizimlə əlaqə saxlayın