28 
mar
2023
13:30
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ETSN bu özbaşınalığı GÖRMÜRMÜ? - VİDEOFAKT

28 mar, 2023
13:30
790

Astara rayonunda dənizin geri çəkilən hissəsindən qum qanunsuz şəkildə daşınır.

Bu iddia ilə Astara sakini sosial şəbəkə hesabında görüntülər paylaşıb və aidiyyəti qurumlara müraciət edib.

Görüntülərdə əks olunur ki, Xəzər dənizinin sahil hissəsində suyun çəkilməsindən sonra sahildə qazıntı işləri aparılıb. Sakinlər hər gün müəyyən vaxtlarda yük avtomobillərinin əraziyə gəldiyini, dənizin qumunu daşıdığını qeyd ediblər. Videodan göründüyü kimi sahildə xəndəklər qazılıb. Proses nəticəsində dəniz kənarında istirahət üçün əlverişli şəraitin məhv edildiyi bildirilib.

Üstəlik dənizin sahili Astaradan keçən dəmiryolu xəttinə yaxın olduğuna görə, qumun daşınması xəttə də təhlükə yarada bilər.
Astara sakininin bölüşdüyü görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın