30 
mar
2023
13:45
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şirvan polisindən ƏMƏLİYYAT: Yeddi nəfər saxlanıldı - FOTO

30 mar, 2023
13:45
1266

Şirvanda polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 3,5 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirdiyi əməliyyat tədbirləri zamanı yeddi nəfər saxlanılıb. 
Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib.
Həmin şəxslərin üzərinə baxış zamanı C.Qurbanovdan 440 qram, E.Hacıyevdən 475 qram,  Z.Abbasovdan 440 qram, M.Hüseynovdan 450 qram, M.Ağamidən 470 qram, M.Əliyevdən 445 qram marixuana aşkar edilərək götürülüb
Saxlanılan H.Ələkbərovdan üzərinə keçirilən baxış zamanı isə 21 qramdan artıq heroin və elektron tərəzi aşkarlanıb. Bundan əlavə davam etdirilən tədbirlərlə sonuncunun şəhər ərazisində gizlətdiyi daha 800 qramdan heroin də aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bizimlə əlaqə saxlayın