E-mail: [email protected]
Qusar rayonunda meşə ağaclarını kütləvi şəkildə məhv edən Mamed adlı şəxs kimdir? – VİDEO
Bəzi işbazlar özlərinə obyekt, mülk tikmək üçün ekalogiyamızı məhv edir. Meşənin ağaclarını məhv edərək yerində özlərinə kafe, restoran tikib çox sərbəst şəkildə ekildə faliyyətlərini davam etdirirlər.
“Azərbaycan Reallığı” xəbər verir ki, sosial şəbəkədə və internet resuslarında yayılan xəbərlərə əsasən bunlardan biri də Qusar rayon İmamqulular kəndidir.
Sözü gedən kənddə Mamed adlı şəxs meşə ağaclarını kütləvi şekildə məhv edir. Xüsusən də Fındıq ağacları məhv olunur, yerində isə özünə gəlir məqsədi ilə obyekt tikib.
İnsanlara təmiz hava bəxş edən meşəliyin ağacları kəsilir. Bu özbaşnalığı edən şəxsi görəsən kim himayə edir? Onlara bu tapşırıqları rahat şəkildə icra etməyi kim göstəriş verib?
Redaksıyamıza göndərilən videofaktdan elə qənahətə gəlmək olar ki, Mamed adlı şəxs sözü gedən ərazidə ağacları nəyinki kəsmək, demək olar ağaclara qarşı soyqırım edib.
Görəsən Ekalogiya nazirliyi və adiyyəti üzrə Qusar rayonunda bəzi məmurlar hansı məqsədlə bu özbaşnalığa göz yumurlar? Yoxsa özlərini görməməzliyə qoyurlar?
Ümidvarıq bu yazıdan və video görüntülərdən sonra aidiyyəti qurumlar lazım olan tədbiri görəcək, lazımı şəxsləri cəzalandırılacaq.
Qarşı tərəfin mövqeyin tanıyırıq
VİDEOFAKT: