apr
2023
14:00
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallıda ekoloji fəlakət yaradan kimlərdir? _VİDEO FAKT

7 apr, 2023
14:00
1195






Turkdunyasi.az xəbər saytına etibarlı mənbədən verilən məlumata görə, iş adamı kimi tanınan "Hacı Mazan" ləqəbli Ramazan Zeynalov Masallıda ekoloji soyqırımlar törətməkdən əl çəkmir.

Bu şəxs Qəriblər kənd ərazisində olan hərracla 49 illiyə əkin üçün müqavilə ilə götürülən bələdiyyə torpaqlarında "ekoloji soyqırımlar" törətdirb.

Beləki, Viləşçay Su Anbarı Istismar İdarəsinin rəisi Rusiflə əlbir olaraq elə həmin İdarənin texnikaları ilə (kamaz, ekskvator) 200 "kamaz" qazdıraraq "İsti su" ərazində olan "viləş otel" kimi tanınan öz istirahət mərkəzinin həyətinə daşıtdırmışdır. Görün nə biabırçı vəziyyətdir ki, Rusif kimi dırnaq arası rəislər dövlət texnikaları ilə, elə dövlətin özünə ziyan vurur.
Burda bir məsəl çəkmək yerinə düşərdi: "sapı özümüzdən olan baltalar".

Azerinfo.media xəbər saytına araşdırmasında oda məlum olub ki, Hacı Mazan Qəriblər knd ərazisindən keçən hissəsində Viləş çayın Qodman qolunu məcrasın ağır texnikalar vasitəsilə dəyişərək başqa istiqamətə yönəltmişdir.

Hətta 2022-ci ilin sentyabr ayı əməkdaşlarımız Viləşçay yatağında Hacı Mazanın ağır texnikaları ilə torpaq və qrabillərin qazılıb daşınmasın lentə almışdılar.
Hətta o vaxt bu iş hüququ mühafizə orqanlarına belə gedib çıxmışdır. Sonra guya məlum olmuşdu ki, Hacı Mazanın bu qazıntıya ekologiyadan icazəsi vardır. Onu da qeyd edək ki, Ekologiyadan alına rəy qazıntı üçün deyil, yalnız çayda olan gillərin götürülməsi üçün.
Redaksiyamıza daxil olan çoxsaylı şikayət və məlumatlardan məlum olur ki, bu ekoloji fəlakətlərin başında Ekologiya və Təbii Sərvət nazirinin müavini Vüqar Kərimov və onun cənubdakı kadrlarından olan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevin durduğu bildirilir.

P.S ərazidə torpaq daşıyan "kamazlar"dan biri orda işləyən ekskvatorçunun qohumudur, qalanları isə Viləşçay Su anbarına məxsusdur.

Artıq bir neçə aydır ki ekoaktivistlər və gənc könüllülər Ermənistan hakimiyyətindən Qarabağda ekoloji terroru haqlı olaraq dayandırmağı tələb edilər. Amma yerli ermənilər isə hər gün gözlərimizin önündə yüzlərlə belə "ekoloji terrorlar" təşkil edirlər.

Qarşı tərəfin mövqeyin işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın