19 
apr
2023
17:10
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cəbrayılda şirkət əməkdaşları 15 000 ədəd avtomat gülləsi tapdılar - FOTO/VİDEO

19 apr, 2023
17:10
1164

Cəbrayıl rayonu ərazisində yol çəkilişi zamanı Vətən müharibəsində erməni hərbçilərinin atıb qaçdıqları sursatlar aşkarlanıb.
“Report”un əldə etdiyi məlumata görə, tapıntı Cəbrayıl rayonu Hovuslu kəndi ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yol çəkilişi üçün geodeziya işləri aparan şirkətin əməkdaşları yaxınlıqda yeşiklərə yüklənmiş güllələr aşkarlayıblar.
Tapılan sursat “Kalaşnikov” (AK-47) üçün nəzərdə tutulmuş güllələr olub. Ümumilikdə tapılan yeddi dolu yeşiyin üzərində hər birinin içərisində 2 150 ədəd güllə olduğu bildirilir.
Şirkət əməkdaşları dərhal Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxlayaraq ümumi sayı 15 000 ədəddən çox olan gülləni onlara təhvil veriblər.


Bizimlə əlaqə saxlayın