20 
apr
2023
20:00
96

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mingəçevirdəki köçkünlər Sukanal idarəsinin özbaşınalığından Prezidentə şikayət etdi- VİDEO

20 apr, 2023
20:00
1196

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın ümummilli lideri Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.
Təsadüfi deyil ki, bu problem ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzində olmuş, son 5 ildə qarşıda duran prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 5 ildə Azərbaycan Respublikasının Prezidenti 19 fərman və sərəncam imzalamış, bir Dövlət Proqramı və ona Əlavələr təsdiq edilmiş, sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 65 qərar və sərəncamı verilmiş, Milli Məclisdə 1 qanun qəbul edilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir. O cümlədən 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti 1 fərman, 2 sərəncam imzalamış, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul etməsinə baxmayaraq “Azərsu” ASC Mingəçevir Sukanal idarəsinin rəhbərliyi isə bu siyasətə zərbə vurmaqla məşğuldur.
Bu haqda Dünyanınsəsi.Az saytına Mingəçevir şəhər turist bazasında məskunlaşan 50 məcburi köçün aillərindən göndərilmiş olan video-şikayətdə qeyd edilir.
Şikayətçilər bildirirlər ki, bir həftədən çoxdur ki, məskunlaşdığımız əraziyə nəql edilən suyun verilməsi dayandırılıb.
Köçkün şikayətçilər bildirir ki, yaranmış olan problemlə bağlı Mingəçevir şəhər icra hakimiyyətinə eləcə də “Azərsu” ASC Mingəçevir Sukanal idarəsinin rəisi Samir Əliyevə müraciət etsələr də heç bir tədbir görülməmişdir.
Məcburi köçkünlərin su ilə təmin etmək əsas vəzifə borcu kimi “Azərsu” ASC Mingəçevir Sukanal idarəsinin rəisi Samir Əliyevin üzərinə düşür.
Belə olan halda sözügedən idarə nədən öz vəzifə borclarını yerinə yetirmirlər?
Mingəçevir şəhər turist bazasında məskunlaşan köçkünlər sonda məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyev cənablarına üz tutaraq xahiş edirlər ki, onların su probleminin həll edilməsi üçün aidiyyatı üzrə müfaviq qurumlara göstəriş versin.
Redaksiya olaraq inanırıq ki, yenicə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edilən Zaur Mikayılov Prezidentin etimadını doğruldaraq,məcburi köçkünlərin üzləşdikləri su problemlərini qısa zaman kəsiyində həll edilməsinə müvafiq göstəriş verəcəkdir.
Səsləndirilən ittihamla bağlı qarşı tərəflərin də söz haqqını tanıyırıq.
Məcburi köçkünün video-şikayətini təqdim edirik:

Bizimlə əlaqə saxlayın