21 
apr
2023
13:40
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlandı

21 apr, 2023
13:40
1157

Qusarda qanunsuz fəaliyyət göstərən 2 taxta sexi aşkarlanıb.
 
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun Güdəzeyxur kənd sakini N.Əzizova və İmamqulukənd kənd sakini M.Məmmədova məxsus torpaq sahələrində müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub. Ağacların kəsilməsində istifadə edilən ümumilikdə 4 ədəd dəzgah və 20 kubmetr müxtəlif növ taxta materialları aşkar edilib.

Bizimlə əlaqə saxlayın