23 
apr
2023
12:00
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabunçuda qaz sayğaclarına qanunsuz kənar müdaxilələr aşkarlanıb - VİDEO

23 apr, 2023
12:00
1378

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələr aşkarlanıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, kənar müdaxiləyə məruz qalan Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
Qurum abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın