26 
apr
2023
12:40
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncədə kanalizasiya borularını oğurlayanlar tutuldular

26 apr, 2023
12:40
1361

Gəncədə kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə 2 müxtəlif ünvandan “Gəncə Sukanal” TSC-yə məxsus boruların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ruslan Lepexov və Aqşin Məmmədov saxlanılıb.
Hər iki şəxs ifadəsində binaların zirzəmisində olan dəmir boruları oğurlayaraq metal qəbuletmə məntəqələrinə satdıqlarını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın