may
2023
11:05
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qanunsuz silah saxlayanlara qarşı ƏMƏLİYYAT

1 may, 2023
11:05
865

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
 
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.
 
Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
 
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın