iyn
2023
17:00
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyun dağ kəndlərinə güclü dolu yağıb, təsərrüfata zərər dəyib - YENİLƏNİB

5 iyn, 2023
17:00
746


Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.
“Report”un məlumatına görə, günorta saatlarında yağan leysan sonradan güclü doluya çevrilib.
Nəticədə meyvə ağacları, əkin sahələri və digər təsərrüfatlar ziyan görüb.
Qeyd edək ki, yağıntılı hava şəraiti Qərb bölgəsinin digər dağ rayonlarında da müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında iyunun 6-da səhərdən 8-də səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.
Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın