23 
iyn
2023
11:30
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda minlərlə çətənə kolu məhv edilib

23 iyn, 2023
11:30
863

Goranboyda üç tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zeyvə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 2 ton 482 kiloqram olan, 4850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bizimlə əlaqə saxlayın